Bu restorana şortla giriş qadağan edildi - Video

20:51 - 8 İyun 2026 - GÜNDƏM

 Bu restorana şortla giriş qadağan edildi - Video

Sumqayıtda fəaliyyət göstərən “Central Park” restoranında şortla girişə qoyulan qadağa müzakirələrə səbəb olub.

Restoranın sahibi Əli Əhmədov BUTA.TV-a açıqlamasında sözügedən qadağanın müəssisənin daxili qaydalarından irəli gəldiyini bildirib.

Onun sözlərinə görə, rəsmi qurumlarda və bir çox iş yerlərində olduğu kimi, rəhbərlik etdiyi obyektdə də müəyyən geyim qaydalarına əməl olunması tələb edilir.

“Bu, mənim şəxsi obyektimdir. Hər iş yerində olduğu kimi, bizim də öz qaydalarımız var. Hansı rəsmi iş yerində şortla daxil olmağa icazə verilir? Bura ailələrin istirahət etdiyi məkandır. Buna görə də şortla girişə icazə vermirik və bu qaydanı tətbiq edirik”, - deyə o qeyd edib.

Ə.Əhmədov restoranın fəaliyyəti ilə bağlı səsləndirilən digər iddiaları da təkzib edib. O bildirib ki, müəssisə qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol