Masazır qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi mübahisə ilə nəticələnib.
“BUTA.TV” xəbər verir ki, “Kia” markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığında əsas yola çıxmaq istəyərkən qarşısına “Mercedes” markalı avtomobil çıxıb.
“Kia”nın sürücüsü buna etiraz etdikdə qarşı tərəfin sürücüsü onu söyüş və təhqirlərlə cavablandırıb.
Daha sonra isə avtomobili qəsdən “Kia” markalı nəqliyyat vasitəsinə çırpıb.
Zərərçəkən hadisə ilə bağlı bunları deyib:
“Siqnal verdim ki, niyə belə edirsən? Dedi ki, “yaxşı edirəm”. Aramızda qısa mübahisə yarandı. Sonra maşını geri verib avtomobilimin üzərinə sürdü və əzdi. Mən əsas yola çıxmaq istəyəndə o, qırmızı işıqda hərəkət edərək üstümə gəldi. Maşına təxminən 2 min manatlıq ziyan dəyib. Təkcə mən yox, ətrafdakı insanlar da “niyə belə edirsən?” deyə etiraz etdilər. O isə maşından düşərək onlara da hücum çəkməyə başladı”.
Əldə etdiyimiz məlumata görə məsələ ilə bağlı polis əməkdaşları tərəfindən artıq araşdırmalara başlanılıb.
Daha ətraflı “Baku TV”nin süjetində:
- ABŞ-da hakim Trampa qarşı çıxdı: Söz azadlığını pozur...
- Mirzoyan xarici səfirləri Türkiyə sərhədinə apardı
- Moskvaya gedən avtobus qəzaya uğradı: 5 ölü, 38 yaralı
- Nepalda ölənlərin sayı 734 nəfərə çatdı
- Biz hazır olmalıyıq, hücumun nə vaxt olacağını... - Karis
- 1649-cu gün: Rusiyanın itkiləri yeniləndi
- FHN-dən qeyri-sabit hava ilə bağlı əhaliyə - Müraciət
- Bunu biz təklif etməsək, Rusiya edəcək - Budanov