Meksika milli komandasının forması geyindirilmiş görüntüləri ilə sosial mediada viral olan iki yaşlı ördək “Merlin” Dünya Çempionatının ən qeyri-adi ulduzlarından birinə çevrilib. O, FIFA tərəfindən ölkənin rəsmi “Dünya Çempionatı səfiri” elan olunub.
“BUTA.TV” xəbər verir ki, fenomenə çevrilən “Merlin”in 12 nömrəli milli forma ilə küçələrdə görünməsi milyonlarla insanın diqqətini çəkib.
Qısa zamanda yayılan görüntülər onu təkcə internet ulduzuna deyil, həm də Meksika futbol mədəniyyətinin simvoluna çevirib.
FIFA qərarından sonra Meksika Futbol Federasiyası da “Merlin”in stadion üzərindən uçduğu xüsusi bir görüntünü paylaşaraq, onu “komandanın qeyri-rəsmi maskotu” kimi təqdim edib.
Merlinin sahibi, 48 yaşlı Karla İvet Qomez bildirib ki, ördəyin bu qədər məşhurlaşacağını heç vaxt gözləməyiblər. Onun sözlərinə görə, Merlin təsadüfən çəkilən bir video ilə qısa müddətdə fenomenə çevrilib.
Sosial mediada “vak-vak” kimi sadə “proqnozları” ilə də məşhurlaşan Merlin artıq televiziya proqramlarına dəvət alır və Meksikada DÇ həyəcanının ən rəngli simalarından birinə çevrilib.




- Azərbaycana yay gəldi
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava