Sosial şəbəkə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi, qeydiyyatın aparılması və bunun üçün müəyyən mobil nömrələrlə əlaqə saxlanılmasının zəruriliyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.
BUTA.TV xəbər verir ki, Daxili İşlər Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə məlumatında bildirilib ki, qeyd olunan məlumatlar həqiqəti əks etdirmir və vətəndaşlarda çaşqınlıq yaratmağa yönəlib.
Bildirilib ki, vətəndaşlar bu cür saxta elanlara etibar etməsinlər:
"Naməlum telefon nömrələri ilə əlaqə saxlamasınlar, bank kartı rekvizitlərini, şəxsiyyət vəsiqəsi məlumatlarını, SMS-lə göndərilən təsdiq kodlarını və digər şəxsi-maliyyə məlumatlarını heç bir halda qarşı tərəfə təqdim etməsinlər, eləcə də hər hansı ödəniş həyata keçirməsinlər. Hazırda həmin saxta məlumatlarla bağlı araşdırmalar aparılır".
“17 minə müqavilə bağlamışdım, nə özü, nə də əməkdaşları cavab verir” - Video
- Dondurmanın üzərinə qarışqa səpilir: nuş olsun – Video
- Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanıldı
- Bakıda “Ambucycle” motosikletlər - Feldşerlər idarə edəcək-Fotolar
- Abşeronda şəhidlərimiz və onların ailə üzvləri ziyarət olunub
- "Azercell"in bu sahədəki potensialı beynəlxalq səviyyədə tanındı
- “Semaşko”da plastik borudan xərək “rüsvayçılıq”dır? - Video
- Klinika rəhbəri TV əməkdaşlarına hücum etdi - Video
- Kəlbəcərdə partlayış - 3 qurum birgə məlumat yaydı