“Mediacell” istifadəçilərinə 5 GB mobil internet hədiyyə təqdim olunur
Azərbaycan milli mətbuatının tarixi 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə ilk milli mətbu orqan olan “Əkinçi” qəzetinin nəşri ilə başlayır. Ötən 150 ildən artıq dövr ərzində milli mətbuatımız cəmiyyətin maariflənməsində, ictimai dəyərlərin təşviqində və ölkədə baş verən proseslərin işıqlandırılmasında mühüm rol oynayıb.
Bu əlamətdar gün münasibətilə Azercell “Mediacell” tarifinin istifadəçilərinə hədiyyə olaraq 5 GB həcmində mobil internet paketi təqdim edir. Hədiyyə internet paketindən aktivləşdirildiyi tarixdən etibarən 30 gün müddətində istifadə etmək mümkündür.
Ətraflı məlumat üçün: Media Günü
“Azercell Telekom” MMC Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, cəmiyyətin obyektiv və operativ məlumatlandırılması istiqamətində göstərdikləri peşəkar fəaliyyəti yüksək qiymətləndirir.
Şirkət işğaldan azad edilmiş ərazilərdə peşə fəaliyyətini yerinə yetirərkən şəhid olmuş jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun əziz xatirəsini ehtiramla yad edir.
- Hüquqi şəxslərin biznes hesablarına hücum edən şəxs...
- Temperatur 41 dərəcəyə yüksələcək - Xəbərdarlıq
- AZAL media nümayəndələri üçün intellektual yarış təşkil edib
- Yük aparan maşında 53 kq narkotik tapıldı
- Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
- Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi
- "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxıldı
- Sabah hava necə olacaq?