NBA ulduzu LeBron Ceymsin karyerasında yeni səhifə açdığı bildirilir.
“BUTA.TV” xəbər verir ki, “Los Anceles Lakers”dən ayrılaraq “Filadelfiya”ya transfer olunan basketbolçu yeni yaşayış ünvanını Nyu-Yorkda seçib və işə gedib-gəlmək üçün qeyri-adi həll yolu planlaşdırır.
Məlumata görə, Ceyms Nyu-Yorkda lüks ev alıb. Onun yeni evi ilə komandasının məşq bazası arasında təxminən 150 kilometrlik məsafə olduğu bildirilir.
Qeyd edilir ki, 40 yaşlı basketbolçu bu məsafəni hər gün helikopterlə qət etməyi planlaşdırır. Bildirilir ki, məqsəd sıx məşq və oyun qrafiki fonunda yolda vaxt itirməmək və fiziki hazırlığını maksimum səviyyədə saxlamaqdır.
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək
- Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı