Tovuzda ağır qəza: azyaşlı yaralandı

14:42 - 2 Avqust 2026 - GÜNDƏM

 Tovuzda ağır qəza: azyaşlı yaralandı

Tovuz rayonunda minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində azyaşlı ağır xəsarət alıb.

BUTA.TV xəbər verir ki, hadisə rayonun Azaflı kəndində qeydə alınıb.

Məlumata görə, VAZ-2107 markalı minik avtomobili ZİL markalı yük maşını ilə toqquşub.

Qəza zamanı minik avtomobilində olan 8 yaşlı Nicat Orucov ağır bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun müalicəsi xəstəxanada davam etdirilir.

Bu xəbər hal-hazırda çox oxunur
Kartdan-karta köçürmələrə limit qoyuldu

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol