Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər

15:00 - 2 Avqust 2026 - GÜNDƏM

 Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər

Təhsil Tələbə Krediti Fondu 2026-2027-ci tədris ilinin payız semestri üzrə müraciətləri 3 avqust 2026-cı il tarixindən etibarən e-ttkf.edu.az portalı üzərindən açıq elan edib.

BUTA.TV xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət İmtahan Mərkəzinin 2026-2027-ci tədris ili üzrə keçirdiyi qəbul müsabiqəsinin nəticələrinə əsasən ali təhsilin magistratura səviyyəsinə qəbul olunmuş tələbələr, (bakalavriat səviyyəsinə yeni qəbul olunan tələbələr üçün müraciətlər ixtisas seçimi başa çatdıqdan sonra açılacaq), həmçinin ali, orta ixtisas və peşə təhsili müəssisələrinin 2-ci və daha yuxarı kurslarında təhsil alan tələbələr qeyd olunan tarixdən etibarən e-ttkf.edu.az portalına daxil olaraq sosial və ya standart təhsil tələbə krediti üçün müraciət edə bilərlər.

Eyni zamanda, magistratura təhsil səviyyəsinə qəbul olunmuş tələbələr portal.edu.az üzərindən tələbə qeydiyyatı prosesini həyata keçirərkən paralel olaraq e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün də müraciət edə biləcəklər.

Bu xəbər hal-hazırda çox oxunur
Kartdan-karta köçürmələrə limit qoyuldu

Qaydalara əsasən, birinci tədris ilinin ilk semestri üzrə standart təhsil tələbə kreditindən yararlanmaq üçün aşağıdakı minimal qəbul göstəriciləri müəyyən edilib:

- Subbakalavr - 110 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 40 bal;

- Bakalavriat səviyyəsi - 250 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 100 bal;

- Magistratura səviyyəsi - 50 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 30 bal;

- SAT nəticələri əsasında ali təhsil müəssisələrinə qəbul olunanlar üçün - minimum 1200 bal;

- Texniki peşə və yüksək texniki peşə təhsili səviyyələri üzrə - attestatda müvafiq fənlərdən yekun qiymətlərin ədədi ortası minimum 3.

Qeyd edək ki, minimal qəbul göstəriciləri yalnız standart təhsil tələbə kreditlərinə münasibətdə tətbiq olunur. Sosial təhsil tələbə kreditləri üzrə isə minimal qəbul balı nəzərdə tutulmur.

Eyni zamanda 2026-2027-ci tədris ili üzrə bakalavriat səviyyəsi və subbakalavra yeni qəbul olan tələbələr ixtisas seçimini başa vurduqdan sonra təhsil müəssisəsinin qeydiyyatı zamanı paralel olaraq e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün müraciətlərini təqdim edə biləcəklər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol