Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

22:50 - 18 Avqust 2026 - GÜNDƏM

 Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsindən azad olunub.

BUTA.TV” xəbər verir ki, Mustafa Abbasbəyli vəzifəsindən uzaqlaşdırılıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq.

Qurumdan bildirildi ki, Nazirliyin ümumi daxili strukturunun təkmilləşdirilməsi və kadr dəyişiklikləri ilə bağlı müvafiq proseslər həyata keçirilir. Proses yekunlaşdıqdan sonra məlumat təqdim olunacaq.

Qeyd edək ki, Mustafa Abbasbəyli 2024-cü ilin mayında Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin edilmişdi.

O, 2019- 2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2020-2024-cü illərdə Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

O həm də iqtisadiyyat nazirinin müşaviri Məmməd Abbasbəylinin qardaşıdır.

***

BUTA.TV”nun əldə etdiyi məlumata görə, Mustafa Abbasbəyli Nazirliyin Aparatında başqa vəzifəyə keçirilib.

Lamiyə Məmmədova


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol