İran Məkkə sazişinə dəvət edildi

12:24 - 23 Avqust 2026 - GÜNDƏM

 İran Məkkə sazişinə dəvət edildi

İran Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişinə qoşulmağa dəvət edilib.

BUTA.TV xəbər verir ki, bu barədə İran parlamentinin rəsmi xəbər agentliyi "Xanə Mellat"ın rəhbəri Mehdi Rəhimi "Əl-Məyadin"ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, İran dəvət alıb və hazırda məsələyə baxılır.

Lakin hələlik dəvət nə İranın Xarici İşlər Nazirliyi, nə də yüksək səviyyəli rəhbərliyi tərəfindən təsdiqlənməyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol