Balkan müharibələri və Birinci Dünya müharibəsi zamanı əsir götürülən türk əsgərlərin ailələrinə yazdığı məktublar 113 ildən sonra sahiblərinin övladlarına və nəvələrinə çatdırılmağa başlanıb.
“BUTA.TV” xəbər verir ki, Sivas Valiliyi yanında fəaliyyət göstərən Sivas Xatirə Mərkəzinin həyata keçirdiyi layihə çərçivəsində Türk Qızıl Aypara arxivlərində qorunan, lakin müxtəlif səbəblərdən vaxtında ünvanlarına çatdırılmayan məktublar araşdırılıb.
Məktubların sahiblərinin ailələrini müəyyənləşdirmək üçün əhali qeydiyyatları və qəbiristanlıqlardakı məlumatlar araşdırılıb. Sivas Xatirə Mərkəzinin rəhbəri Yaşar Abanus, tarix tədqiqatçısı Ömər Gül və Cümhuriyyət Universitetinin müəllimi Turqay Kuralın apardığı araşdırmalar nəticəsində əsgərlərin sağ qalan qohumları müəyyən edilib.
Layihə çərçivəsində Sivasdan olan 180 əsgərin məktubları arxivlərdən çıxarılaraq ailələrinə təqdim olunur.
Məktublardan biri Balkan müharibəsində əsir düşən Qazi Mehmedə aid olub. Sivas valisi Yılmaz Şimşək Qazi Mehmedin sağ qalan övladlarını ziyarət edərək ailəyə 113 il əvvəl yazılmış məktubu təqdim edib.
Ulaş rayonunun Baharözü kəndində yaşayan 103 yaşlı Hacı Mehmet Subaşı, Altınyayla rayonunun İbicek kəndində yaşayan 84 yaşlı Vahap Subaşı və 90 yaşlı Fidan Subaşı illər sonra atalarının müharibə illərində yaşadıqları ilə bağlı mühüm tarixi sənədi əldə ediblər.
Sivas valisi Yılmaz Şimşək layihənin tarixi əhəmiyyətini vurğulayıb. O bildirib ki, məqsəd əsir düşən əsgərlərin yaşadıqlarını və ailələri ilə əlaqələrini gələcək nəsillərə çatdırmaqdır.
Valinin sözlərinə görə, məktublar Sivas Xatirə Mərkəzinin arxivinə daxil edilib və onların əsasında kitab da hazırlanıb.
Layihə çərçivəsində sənədli filmlərin hazırlanması da planlaşdırılır.

- Moskva polisi metroda reyd keçirdi, 140 miqrant saxlanıldı
- Şəhidin həyat yoldaşı və qızı tələbə oldu - Fotolar
- İranda daha 28 nəfər edam edildi
- Ukrayna ilin sonuna kimi bu şəhərləri itirə bilər
- Kiyevdə hava hücumu xəbərdarlığı elan edildi
- Talibançılar kömək üçün Almaniyaya getdilər
- Mirzoyan Ermənistanın yeni diplomatik hədəflərini açıqladı
- Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi