Ukrayna üçün 5 min dron hazırlanır

22:06 - 3 Sentyabr 2026 - GÜNDƏM

 Ukrayna üçün 5 min dron hazırlanır

ABŞ və Almaniya Ukraynaya hərbi dəstək məqsədilə Münhen yaxınlığında 5000-dən çox uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) seriyalı istehsalına başlayıb.

BUTA.TV DPA agentliyinə istinadən xəbər verir ki, “Auterion” və “Airlogix” şirkətlərinin birgə layihəsi çərçivəsində ilk kamikadze döyüş dronları artıq istehsal olunub.

Almaniya hökumətinin sifarişinin 2027-ci ilin ortalarında tamamlanması planlaşdırılır. İddiaya görə, müqavilənin dəyəri təxminən 300 milyon avrodur. Dronlar Almaniyanın Ukraynaya yardımının bir hissəsi olaraq təchiz edilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol