Azərbaycan Baş Prokurorluğunun Ukraynaya müraciəti, beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsi və aparılmış danışıqlar nəticəsində Azərbaycan vətəndaşı Tağıyev Ənvər Həsən oğlunun ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
“BUTA.TV” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, həmin şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə müvafiq qərar qəbul edilib, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan olunub. Keçirilmiş tədbirlər nəticəsində onun Ukrayna ərazisində yeri müəyyən olunaraq saxlanılması təmin edilib.
Hazırda Ənvər Tağıyevin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.
Qeyd edək ki, Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin sabiq böyük əməliyyat müvəkkili Ənvər Tağıyev milyonluq qaçaqmalçılıqda ititham edilir.
- Səfər təxirə düşür: Ruslar onun Kiyevə getməyini istəmir
- Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
- Kılıçdaroğlunun müavini qadına şiddət göstərdi – Anbaan video
- Polşada qatar yük maşınını ortadan böldü - Video
- İsrail daha bir HƏMAS komandirini məhv etdi
- Rus ordusu Donetskdə iki kəndi işğal etdi
- ABŞ Ermənistana ordu yerləşdirəcək - Şevtsov
- İspaniya ilə problemim var, xarabaya çevriləcək - Tramp