Priqojinlə mütəmadi əlaqə saxlayırdım - Budanov

16:48 - 4 Sentyabr 2026 - GÜNDƏM

 Priqojinlə mütəmadi əlaqə saxlayırdım - Budanov

“Vaqner”in təsisçisi Yevgeni Priqojinlə mütəmadi olaraq əlaqə saxlayırdım.

BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov deyib.

Budanov Priqojinlə əlaqəsinin 2023-cü ildə “Vaqner” qiyamından qısa müddət əvvəl başa çatdığını bildirib.

O, bu əlaqələr barədə əlavə məlumat verməyib.

Qeyd edək ki, 2023-cü ilin mayında “Vaşinqton Post” qəzeti ABŞ kəşfiyyatının məlumatlarına istinadla Priqojinin Ukraynanın Baş Kəşfiyyat İdarəsi ilə əlaqə saxlaması və Ukrayna qoşunlarının Baxmutdan geri çəkilməsi müqabilində Rusiya hərbçilərinin mövqelərini açıqlamağı təklif etməsi barədə məqalə yaymışdı.

Xatırladaq ki, “Vaqner”in təsisçisi Yevgeni Priqojin 2023-cü ilin avqustun 23-də təyyarə qəzasında həlak olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol