M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

16:45 - 4 Sentyabr 2026 - GÜNDƏM

 M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Yeni ekspres marşrut xətti fəaliyyətə başlayır. 

BUTA.TV” xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 

Bildirilib ki, metronun “20 Yanvar” stansiyasından “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyaları istiqamətində artan sərnişin tələbatının qarşılanması üçün sentyabrın 6-dan M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq. 

Avtobusların “20 Yanvar” metrostansiyasındakı dayanacağı Rövşən Cəfərov küçəsi, “Velotrek” adlanan ərazinin qarşısı, “Həzi Aslanov” metrostansiyasında isə Məhəmməd Hadi küçəsi, metronun qarşısı təyin edilib. 

Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək təşkil ediləcək.  


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol