Yunanıstanda hüquq-mühafizə orqanlarının əməkdaşları 68 yaşlı qanuni oğru Levan Xeyranovun evinə basqın ediblər.
BUTA.TV lent.az-a istinadla xəbər verir ki, hadisə sentyabrın 2-də qeydə alınıb.
Afina və Salonikidən olan 40 polis əməkdaşı kriminal avtoritetin yaşadığı evə daxil olaraq axtarış aparıb.
Axtarış zamanı evdən qumbara və tapança aşkar edilib. Xeyranov yeni həyat yoldaşı ilə birlikdə saxlanılıb. Qadın daha sonra sərbəst buraxılıb.
Qeyd edək ki, Levan Xeyranov Tiflisdə anadan olub və etnik yunan mənşəlidir. O, hazırda fəaliyyətdə olan ən yaşlı qanuni oğrulardan biri hesab olunur.
- Zelenski təsdiqlədi: Kuşner və Uitkoff bu tarixdə gəlir
- Bakıda yarış: Bu marşrutların hərəkət sxemi dəyişdiriləcək
- Rusiyaya cavab zərbəsi endiriləcək - Zelenski
- Azərbaycanlı müğənni qəzaya düşdü
- Ciorcia Meloni İlham Əliyevə təşəkkür etdi
- ABŞ Türkiyə şirkətlərinə sanksiya tətbiq etdi
- Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?
- "Novaya Qazeta" xarici agent elan edildi