Paytaxtın Sabunçu rayonunda, Balaxanı və Məmmədli kəndləri arasındakı ərazidə su axıntısı yaranıb.
“BUTA.TV” xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidə təxminən 2-3 gündür əsas kollektorda qəza baş verib.
Nəticədə, su çöllük əraziyə axaraq burada gölə bənzər sahə yaradıb.
Vətəndaşlar bildirirlər ki, içməli su ilə bağlı çətinlik yaşadıqları halda böyük həcmdə suyun əraziyə axması narahatlıq doğurur.
Onların sözlərinə görə, qəza ilə bağlı ərazidə uzun müddət heç bir müdaxilə olmayıb.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Balaxanıda çöllük ərazidə müşahidə olunan su axıntısı vantuzda baş verən nasazlıqla əlaqədardır.
Qurumun məlumatına görə, Bakı Sukanal İdarəsinin briqadası əraziyə cəlb olunub. Mövcud problemin aradan qaldırılması istiqamətində işlər görülür.
Daha ətraflı “Baku TV”nin süjetində:
- Kiyevdə ardıcıl partlayışlar baş verdi
- Ukraynada 4 günlük atəşkəs elan edildi
- Uitkoff və Kuşner konkret təkliflə Moskvaya gedir - Tramp
- Yəməndən bəyanat: İrana heç vaxt icazə vermərik ki...
- Ərzaq qiymətləri son 4 ildə ən yüksək səviyyəyə çatdı
- Cəmi 24 manata bu evlər satışa çıxarıldı
- Zelenskinin ofisində axtarış aparıldı
- Acun Ilıcalıya qarşı 100 milyon dollarlıq iddia...