Ərdoğan Nəhyanla İranı müzakirə etdi

23:39 - 4 Sentyabr 2026 - GÜNDƏM

 Ərdoğan Nəhyanla İranı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə telefon danışığı aparıb.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Danışıq zamanı Türkiyə ilə BƏƏ arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan Türkiyə ilə BƏƏ arasında müdafiə sənayesi və iqtisadiyyat başda olmaqla, bir çox sahədə əməkdaşlığın artaraq davam edəcəyini bildirib. O, iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində səylərin davam etdirildiyini vurğulayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Türkiyə Prezidenti İran-ABŞ gərginliyinin və regiondakı digər münaqişəli proseslərin sona çatdırılması üçün rəsmi Ankaranın səy göstərdiyini qeyd edib.

Ərdoğan Türkiyənin sülhə yönəlmiş diplomatik təşəbbüslərinin davam edəcəyini, regiondakı qardaş ölkələrə qarşı hücumları heç vaxt qəbul etmədiklərini bildirib. O, digər regional məsələlərdə də Türkiyə ilə BƏƏ arasında əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol