ABŞ-da Donald Tramp administrasiyasının İranla müharibədən sonra Yaxın Şərq siyasətini formalaşdırmaq üçün yeni bir strategiya üzərində işlədiyi iddia edilir.
BUTA.TV xəbər verir ki, bu barədə “Axios” etibarlı mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, hazırda ilkin mərhələdə olan plan, Trampın vəzifədə qaldığı müddətin qalan hissəsi üçün Vaşinqtonun regional siyasətinin təməlini təşkil etmək məqsədi daşıyır.
Nəşrin məlumatına görə, planın 3 əsas sütun ətrafında formalaşdırılması nəzərdən keçirilir.
Birinci plan İranın bölgədəki təsirini məhdudlaşdırmaq məqsədilə ABŞ-ın regional müttəfiqləri arasında Vaşinqtonun zəmanəti altında daha güclü əməkdaşlıq və uyğunlaşma mexanizminin yaradılmasını əhatə edir.
İkinci məsələ Trampın Qəzza planının növbəti mərhələsinin təmin edilməsinə, İsrail və Suriya arasında təhlükəsizlik razılaşmasının əldə olunmasına və İsrail-Livan razılaşmasının həyata keçirilməsinin təmin edilməsinə yönəlib.
Planın üçüncü komponenti İsrail və region ölkələri arasında normallaşmanın genişləndirilməsini əhatə edir. Bu, İbrahim sazişlərinin əhatə dairəsini genişləndirməyi və Səudiyyə Ərəbistanı ilə İsrail arasında normallaşma razılaşmasına nail olmağı hədəfləyir.
Həmçinin vurğulanıb ki, strategiya formalaşdırılarkən İsraildə 27 oktyabrda planlaşdırılan parlament seçkiləri və noyabr ayında ABŞ-da keçirilməsi gözlənilən seçkilər də nəzərə alınıb.
Bildirilib ki, Tramp administrasiyası seçkilərdən sonra formalaşan İsrail hökumətinin Vaşinqtonun müharibədən sonrakı Yaxın Şərq strategiyası ilə əməkdaşlığa imkan verən şəkildə qurulacağına ümid edir.
- Rusiya Donetskdə bir kəndi ələ keçirdi
- Bakıda qadın maşına hücum çəkdi - Polis araşdırma aparır-Video
- Xark adasında İran tankeri hədəfə alındı
- Trampın nümayəndələri Moskvaya gəldi - Video
- ABŞ müsəlman ölkələrinə 6 milyardlıq silah göndərir
- 1655-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
- Xaçatryan 44 günlük savaşdakı itkiləri “səhvən” artırdı