Ermənistan Prezidenti Vaaqn Xaçatryan Praqada CEVRO Universitetinə səfəri zamanı 44 günlük müharibə zamanı ölkəsinin itkilərini 4800 nəfər kimi qeyd edib. Bu isə Ermənistanda müzakirələrə səbəb olub.
BUTA.TV xəbər verir ki, Ermənistan Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Ağasi Marqaryan Xaçatryanın səhv etdiyini, qurbanların sayının 3755 olduğunu açıqlayıb.
“Səhv üçün üzr istəyirik və düzəliş edirik: 44 günlük müharibədə qurbanların sayı 3755-dir”, - o bildirib.
Erməni mediası isə qeyd edib ki, son rəsmi məlumata görə, qurbanların sayı 3833 nəfərdir. Beləliklə, Ermənistan PA-nın “düzəlişi” də səhvdir.
- Rusiya Donetskdə bir kəndi ələ keçirdi
- Bakıda qadın maşına hücum çəkdi - Polis araşdırma aparır-Video
- Xark adasında İran tankeri hədəfə alındı
- Trampın nümayəndələri Moskvaya gəldi - Video
- ABŞ müsəlman ölkələrinə 6 milyardlıq silah göndərir
- 1655-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
- Xaçatryan 44 günlük savaşdakı itkiləri “səhvən” artırdı