Almaniyanın Daxili İşlər Nazirliyi naməlum PUA-lara və kiberhücumlara qarşı mübarizə tədbirləri üzrə plan hazırlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Plana əsasən, federal polisin dronlarla mübarizə üzrə mobil bölmələrinin strateji əhəmiyyətli obyektlərin - Berlin, Hamburq, Hannover, Düsseldorf, Köln, Leypsiq, Münhen, Frankfurt-Mayn, Ştutqart hava limanlarının, dəmir yolu vağzallarının, eləcə də Almaniya paytaxtındakı hökumət məhəlləsinin yaxınlığında yerləşdirilməsi nəzərdə tutulur.
Həmçinin potensial terrorçuların və ya agentlərin izlənilməsi üçün süni intellektin (üz tanıma, videomüşahidə sistemləri) tətbiqinin genişləndirilməsi planlaşdırılır.
Bundan başqa, Almaniya hakimiyyəti hakerlərin dövlət orqanlarının və ya şirkətlərin sistemlərinə daxil olmaq cəhdlərini aşkarlayacaq və qarşısını alacaq "Cyberdome" adlı kiberhücumlara qarşı milli mübarizə sistemi yaratmaq niyyətindədir.
- Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
- Prezident Hərbi Dəniz Qüvvələrində olub - Fotolar
- Kiyevdəki görüş başladı - Yenilənib-Foto-Video
- Yəmən ordusu bu şəhəri husilərdən azad etdi
- Uitkoff və Kuşner Kiyevdə - Video
- Bundan sonra ABŞ-a ağır cavab veriləcək - Qalibaf
- ABŞ Ukrayna ilə bağlı cəhdlərini yenidən bərpa etdi
- ABŞ Hörmüzdə dörd ay gizli əməliyyat keçirib