İndoneziyanın Bali adasındakı beynəlxalq hava limanı Anak-Krakatau vulkanının püskürməsi səbəbindən ondan çox reysi ləğv edib.
BUTA.TV xəbər verir ki, bu barədə hava limanı administrasiyası məlumat yayıb.
Məlumata görə, vulkanik aktivliyin artması ilə əlaqədar bir sıra reyslər ləğv edilib və ya onların cədvəllərində dəyişikliklər edilib. Cakartadan Bali adasına həyata keçirilməli olan beş reys ləğv edilib. Dəyişikliklər “TransNusa” və “İndoneziya AirAsia” aviaşirkətlərinin reyslərinə təsir edib.
Qeyd edək ki, Anak-Krakatau vulkanı sentyabrın 4-ü axşam saatlarında püskürməyə başlayıb. Vulkan lava və kül fontanı püskürüb. Nəticədə kül və tüstü sütunu 15 min metrdən çox yüksəkliyə qalxıb.
- Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
- Prezident Hərbi Dəniz Qüvvələrində olub - Fotolar
- Kiyevdəki görüş başladı - Yenilənib-Foto-Video
- Yəmən ordusu bu şəhəri husilərdən azad etdi
- Uitkoff və Kuşner Kiyevdə - Video
- Bundan sonra ABŞ-a ağır cavab veriləcək - Qalibaf
- ABŞ Ukrayna ilə bağlı cəhdlərini yenidən bərpa etdi
- ABŞ Hörmüzdə dörd ay gizli əməliyyat keçirib