Bundan sonra İrana qarşı hər hansı təcavüzə daha sürətli və ağır cavab veriləcək.
BUTA.TV xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.
"Mütənasib cavablar dövrü başa çatıb. ABŞ-ı hərbi və diplomatiya meydanında məğlub etdiyimiz kimi, iqtisadi müharibədə də məğlub edəcəyik", - o bildirib.
Qalibaf qeyd edib ki, ABŞ bazalarına endirilən zərbələr sadəcə başlanğıcdır:
"Əgər bu günə qədər anlamayıblarsa, gec olmadan başa düşməlidirlər ki, oyunun qaydaları dəyişib və bundan sonra İranın maraqlarına və təhlükəsizliyinə qarşı hər hansı bir təcavüz daha sürətli, daha ağır və daha ağrılı cavab alacaq".
- Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşdü
- ABŞ, Britaniya və Norveç hərbi təlimlər keçirdi
- Almaniyanın bu addımı müharibənin başlanğıcıdır - Lavrov
- Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
- Prezident Hərbi Dəniz Qüvvələrində olub - Fotolar
- Kiyevdəki görüş başladı - Yenilənib-Foto-Video
- Yəmən ordusu bu şəhəri husilərdən azad etdi
- Uitkoff və Kuşner Kiyevdə - Video