Azərbaycanda bu maşınlara tələbat artdı - Video

17:49 - 6 Sentyabr 2026 - GÜNDƏM

 Azərbaycanda bu maşınlara tələbat artdı - Video

Azərbaycan Qiymətləndiricilər Palatasının açıqlamasına görə, iyul ayında avtomobil bazarında daha çox nisbətən köhnə, ucuz və orta qiymətli maşınların payı artıb, premium modellərin payı isə azalıb.

BUTA.TV” xəbər verir ki, aparılan hesablamalara əsasən, bazarda ümumi qiymətlər sabit qalsa da, alıcıların seçimlərində büdcəyə uyğun nəqliyyat vasitələrinə üstünlük verildiyi müşahidə olunur.

Mütəxəssislərin sözlərinə görə, ölkədə istifadə olunmuş (ikinci əl) avtomobillərin qiymətləndirilməsində əsas rolu onun rəng dəyməmiş (bezkraska) olması oynayır:

“Əgər avtomobilin detallarına rəng dəyməyibsə və vuruğu yoxdursa, həmin nəqliyyat vasitəsinin qiyməti eyni ilin və modelin digər avtomobillərindən xeyli baha olur. Bu faktor Azərbaycan bazarında qiymətə təsir edən ən mühüm amillərdən biridir”.

Bu xəbər hal-hazırda çox oxunur
Ərdoğanın təbrikinə Meloni belə cavab verdi

Daha ətraflı “Xəzər Xəbər”in reportajında:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol