Kəmaləddin Heydərov onları vəzifəyə təyin etdi - Fotolar

18:35 - 6 Sentyabr 2026 - GÜNDƏM

 Kəmaləddin Heydərov onları vəzifəyə təyin etdi - Fotolar

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı müvafiq əmrlərlə FHN-də yeni kadr təyinatları gerçəkləşib. 

BUTA.TV” Oxu.Az-a istinadla xəbər verir ki, nazir Bəxtiyar İslam oğlu Tağıyevi özünə müşavir təyin edib.

B.Tağıyev bundan əvvəl FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi vəzifəsində çalışıb.

“Unikal”ın əldə etdiyi məlumata görə isə nazirin digər əmri ilə İsmayıl Rauf oğlu Nəsirov Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin yeni rəisi təyin olunub. İ. Nəsirov bu təyinata qədər həmin agentliyin rəis müavini vəzifəsini icra edib.

Fotoda: Bəxtiyar Tağıyev

Fotoda: İsmayıl Nəsirov


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol