Hindistanın paytaxtı Yeni Dehlidə "Hostel Days" yataqxana binasının uçması nəticəsində üç nəfər ölüb, onlarla insan dağıntılar altında qalmış ola bilər.
BUTA.TV xəbər verir ki, bu barədə "İndia Tudey" məlumat yayıb.
Beşmərtəbəli bina Dehli Universiteti kampusunun yaxınlığında yerləşən özəl tələbə yataqxanaları ilə tanınan, əhalinin sıx məskunlaşdığı Satya-Niketan ərazisində yerləşib. Binanın uçması zamanı zirzəmidə təmir işləri aparılırmış.
Yanğınsöndürənlərin məlumatına görə, daha iki insan ağır yaralanıb, altı nəfər isə xilas edilib. 30-40 nəfərin dağıntılar altında qaldığı güman edilir.
"Dağıntılar altında qalan və ya yaralanmış insanların dəqiq sayı hazırda məlum deyil. Əlavə məlumatlar təsdiqləndikcə açıqlanacaq", - Dehli polisinin açıqlamasında deyilir.
- Qışa qədər sülh sazişi imzalanacaq? - Kuşner
- Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto
- Ukrayna ilə bağlı ciddi irəliləyiş əldə edildi - Uitkoff
- Şevçenko Simonyanın toyunda iştirak etdi
- 18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
- ABŞ "sülh paketi" üzərində işləyir - Kuşner
- Meksikada güclü partlayış: 9 nəfər öldü
- Husi Səudiyyəyə məxsus PUA-nı məhv etdi