Bu, Rusiyanın əsl niyyətlərini ortaya qoyur - Sibiqa

09:18 - 10 Sentyabr 2026 - GÜNDƏM

 Bu, Rusiyanın əsl niyyətlərini ortaya qoyur - Sibiqa

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun ABŞ-ın müharibənin daha tez başa çatması üçün Ukraynaya dəstəyi dayandırmalı olduğu barədə açıqlaması Rusiyanın əsl niyyətlərini ortaya qoyur.

BUTA.TV xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X hesabında yazıb.

“Putinin köməkçisi bildirib ki, müharibənin başa çatmasını sürətləndirmək üçün ABŞ Ukraynaya göstərdiyi bütün dəstəyi dayandırmalıdır. Əslində isə o, Rusiyanın əsl niyyətlərini ortaya qoyub: Moskva həqiqi diplomatiyanın əvəzinə müharibəni heç bir fasilə vermədən davam etdirmək istəyir”, – deyə diplomat vurğulayıb.

Sibiqa əlavə edib ki, Rusiya elitaları “öz rəhbərləri ilə birlikdə paralel dünyada yaşayırlar” və onlar uduzdura bilmədikləri müharibəni başa çatdırmaqdansa, yüz minlərlə öz əsgərini mənasız şəkildə “top yemi” kimi qurban verməyə və iqtisadiyyatlarını sürətlə çöküşə sürükləməyə üstünlük verirlər.

Nazir vurğulayıb ki, yalnız gücləndirilmiş təzyiq Rusiyanın illüziyalarını aradan qaldıra və rusları danışıqlar masasına gətirə bilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol