Xocalı rayonunda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaya düşüb.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Daşkənd kəndi ərazisində baş verib.
Qurumun əməkdaşı ərazidə minatəmizləmə işləri apararkən mina partlayışı baş verib. Hadisə nəticəsində o xəsarət alıb.
Yaralı şəxs ilkin tibbi yardım göstərilməsi üçün Xankəndi şəhər Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Minaya düşən ANAMA əməkdaşının kimliyi məlum olub.
Hadisə nəticəsində yaralanan şəxs Goranboy rayon sakini 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğludur. O, tədqiqat rəhbəri vəzifəsində çalışır.
***
ANAMA hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, işğaldan azad edilmiş Xocalı rayonunun Daşkənd kəndi ərazisində 10 sentyabr tarixində mina hadisəsi baș verib.
Agentliyin əməkdaşı 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində A.Həsənov sol ayağından xəsarət alıb.
Yaralanan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.
Ziya Əmirxanlı
- Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
- Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
- İsrail Türkiyəyə yeni səfir göndərdi
- Rusiya Xəzər dənizi üzərində PUA-lar vurdu
- Rusiyada deputatlığa namizəd küçədə öldü
- “Evlərin arasında yanacaqdoldurma məntəqəsi tikilir, həyatımız təhlükədədir” - Açıqlama
- İran Ermənistana birgə azad iqtisadi zona təklif etdi
- Husilər heç kimdən əmr almır… - Bəqai