Tatarıstanda təyyarə televiziya qülləsinə çırpıldı: ölənlər var

13:57 - 12 Sentyabr 2026 - GÜNDƏM

 Tatarıstanda təyyarə televiziya qülləsinə çırpıldı: ölənlər var

Tatarıstanda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb.

Qəza təlim uçuşu zamanı baş verib.

Kursant və təlimatçı “Cessna 172” təyyarəsi ilə Vısokaya dağından təlim uçuşu həyata keçiriblər.

Uçuş zamanı təyyarə televiziya qülləsinə çırpılıb və Şemordan kəndindəki şəxsi evin bağçasına düşüb.

Ölən şəxslərin Kurkaçi aerodromunda yerləşən Tatarıstan Mərkəzi Aeroklubunun üzvləri olduğu bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol