Nazirin “qiymət artımı olmayacaq” deməyi ilə razı deyiləm. Burada çox ciddi qiymət artımı nəzərdə tutulur.
BUTA.TV xəbər verir ki, bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı energetika naziri Pərviz Şahbazovun çıxışına cavab olaraq deyib.
Deputat bildirib ki, bu, tək iqtisadi qanun yox, həm də sosial-siyasi qanundur:
“2025-ci ilə qədər Azərbaycanda parlament və Prezident seçkiləri nəzərdə tutulub. Belə bir qanun layihəsi ilə seçkiyə getmək nə qədər mənfi amillərə gətirib çıxaracaq. Qanun layihəsinin tətbiqinə 2027-2028-ci ildən başlamalıyıq. Öncə pilot layihələr həyata keçirib baxmaq lazımdır ki, rentabelliliyini göstərəcəkmi? Kim deyirsə, bu qanun tariflərə toxunmayacaq, mümkün deyil. Şirkət investisiya qoyursa, mənfəət əldə etməlidir”.
Vahid Əhmədov vurğulayıb ki, bu qanun layihəsi qəbul olunsa, ayrıca mətbuat konfransı keçirəcək:
“Millətə də məlumat verəcəyəm ki, bu qanun layihəsi ciddi problemlərə gətirib çıxaracaq. Yenə qeyd edirəm ki, qarşıdan parlament və Prezident seçkiləri gəlir. Bizə sürpriz hazırlamayın. Bizim buna ehtiyacımız yoxdur”.
Xatırladaq ki, daha əvvəl energetika naziri Pərviz Şahbazov “Elektroenergetika haqqında” yeni qanunun qəbulunun qiymətlərin artması anlamına gəlməyəcəyini bildirmişdi. Onun sözlərinə görə, yaxın perspektivdə qiymətlərin sərbəstləşdirilməsi, ümumiyyətlə, nəzərdə tutulmur və qiymətlər tənzimlənəcək: “Bazar modeli tam fəaliyyətə başladıqdan sonra isə ötürmə və paylama fəaliyyəti dövlət inhisarında qaldığı üçün o da tənzimlənəcək. Rəqabət mühiti və bazarda ucuz qiymət təklif edən istehsalçıların mövqeyi olması isə topdansatış qiymətlərinin, nəticədə pərakəndə satış qiymətlərinin artmasına imkan verməyəcək”.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir