Azərbaycan bütün qonşu ölkələrlə, o cümlədən İran ilə hər zaman qonşuluq münasibətlərinin inkişafında maraqlı olub.
BUTA.TV xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 10 aprel tarixli şərhi barədə Report-un sualına cavabında deyib.
A.Hacızadə bildirib ki, xarici işlər nazirləri arasında baş tutmuş son telefon danışıqları zamanı ölkələrimiz arasında yaranmış məlum vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan tərəfi bu danışıqları müsbət qiymətləndirir və məsləhətləşmələrin davam etdirilməsini vacib hesab edir.
"Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı əsasda hörmət Azərbaycan Respublikasının xarici siyasətinin dəyişməz prioritetidir. Bu xüsusda, Azərbaycan tərəfi ölkəmizin milli mənafeyi və milli təhlükəsizliyinin təmin olunması üçün səylərini davam etdirir", - XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, bu gün İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Azərbaycan və İran xarici işlər nazirləri arasında 7-8 aprel tarixlərində baş tutmuş telefon danışıqlarının nəticələrini müsbət qiymətləndirib.
- Sabah 18 kənddə qaz olmayacaq
- Paşinyan Pezeşkianı azərbaycanca salamladı - Video
- Həmişə Ermənistanı müdafiə etmişik... - Pezeşkian
- Razılaşma Zelenskinin reytinqinə zərbə olacaq - Politoloq
- Bakı xəbərdarlıq etmişdi, Kreml SOCAR-ı qəsdən vurdu, nəticə...
- SOCAR-ın vurulan obyektlərinin bərpası... - Kuleba
- Zəngəzur dəhlizi İran üçün yeni fürsətdir - Zərif
- SOCAR-ın bazasına hücum: Zelenskidən reaksiya…