İranın əsas hədəfi Ermənistanı Azərbaycanla nəzərdə tutulan sülh danışıqlarından yayındırmaqdır.
Bu sözləri BUTA.TV-a açıqlamasında Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin Ermənistan və İran Təhlükəsizlik şuraları katiblərinin Tehranda görüşü haqda qeyd edib.
O, Şamxaninin İran hökumətindəki statusundan danışıb:
“Əli Şamxani Təhlükəsizlik Şurasının rəhbəri olmaqla yanaşı, Xameninin xarici siyasət üzrə nümayəndəsi sayılır. Onun adından istədiyi müzakirələri apara bilir. Böyük ehtimalla hərbi sahədə əməkdaşlığa dair söhbətlər aparılıb. Onların keçən dəfəki görüşlərindən sonra Qafanda İranın konsulluğu açıldı. Yenə də Azərbaycanla bağlı hansısa məqsədlərinin olduğu şübhəsizdir”.
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - Nömrəsi də xüsusi seçilib - FOTO
Bilginin fikrincə, Tehranın əsas məqsədlərindən biri də Zəngəzur dəhlizinə imkan verməməkdir:
“Şamxani yenidən “ərazi bütövlüyü” məsələsini hallandıraraq, bir daha İranın mövqeyindın dönmədiyini nümayiş etdirdi. Bu isə o deməkdir ki, İran Zəngəzur dəhlizinin açılmasına əsas maneə olaraq qalır.
Digər tərəfdən, İran Ermənistan və Azərbaycan arasında gərginlik yaratmağa çalışır. Çünki münaqişə olmasa, İran Qafqazdan tamamilə çəkilmək məcburiyyətində qalar”.
- Bu ərazilərdə işıq olmayacaq
- Bakıda dəhşətli qətl: Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü
- Azərbaycanda bu təşkilatda rəhbərliyin 95%-i vəfat edib
- FHN qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət etdi
- Azərbaycan daha bir ölkədən quzu əti idxalına başladı
- Yas mərasimlərindəki dəbdəbəyə qarşı... - Rəsmi
- Fevralın 24-də ölkədə bu bayram qeyd olunacaq
- Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - Nömrəsi də xüsusi seçilib - FOTO