Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
BUTA.TV xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi sahədə çox yaxşı səviyyədə olduğu bildirildi, əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olundu və bu əlaqələrin genişləndirilməsi üçün önəmli addımların atıldığı vurğulanıb.
Söhbət zamanı yüksək səviyyədə keçirilən görüşlərin münasibətlərimizin inkişafı və perspektivlərin müzakirəsi baxımından önəmi qeyd edilib, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib, Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin ölkəmizə səfərinin bu işə töhfə verəcəyinə ümidvarlıq ifadə edilib.
Görüşdə COVID-19 dövründə, həmçinin Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı Azərbaycanın göstərdiyi dəstək bir daha yüksək qiymətləndirilib.
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - Nömrəsi də xüsusi seçilib - FOTO
- Bu ərazilərdə işıq olmayacaq
- Bakıda dəhşətli qətl: Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü
- Azərbaycanda bu təşkilatda rəhbərliyin 95%-i vəfat edib
- FHN qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət etdi
- Azərbaycan daha bir ölkədən quzu əti idxalına başladı
- Yas mərasimlərindəki dəbdəbəyə qarşı... - Rəsmi
- Fevralın 24-də ölkədə bu bayram qeyd olunacaq
- Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - Nömrəsi də xüsusi seçilib - FOTO