Sabaha olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, aprelin 17-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-16° isti olacaq.
Nisbi rütubət 60-70 %, atmosfer təzyiqi isə 771 mm civə sütunu olacaq.
Emin Hüseynovdan sensasion açıqlama: “Səfirlikdən çıxışımda Rasim Əliyev dəstək olmuşdu”
Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.
Ayrı-ayrı yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
Aprelin 17-də meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
- Təmir zamanı maşın üzərinə aşdı, öldü
- Kürdə bir nəfər batdı
- Sosial şəbəkədə saxta kredit elanları verdi, saxlanıldı - Video
- Yığılan rüşvət Vasif Talıbovun göstərişi ilə oğluna verilib...
- Son günlər havanın isti keçməsinin səbəbi açıqlandı
- Şəhidlərimizi təhqir edən ərəblərin cəzası endirildi
- İctimai Şuranın cari ildə ilk iclası keçirildi
- Sabah 24 dərəcə isti olacaq