Aprelin birinci yarısında İtaliyaya qeyri-qanuni gələn miqrantların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 300 faiz artıb.
BUTA.TV xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Mərkəzi Aralıq dənizində qeyri-qanuni miqrant axınına dair vəziyyətin narahatlıq doğurduğunu bildirib. Qurum miqrasiya problemi ilə mübarizə aparan ölkələrin həmrəyliyinin vacibliyini qeyd edib.
Beynəlxalq Miqrasiya Təşkilatı isə ötən həftə sonu İtaliyaya 3 min, ilin əvvəlindən bu vaxtadək isə 31 min 357 mühacirin gəldiyini açıqlayıb.
Avropaya qeyri-müntəzəm miqrasiya axınında Mərkəzi Aralıq dənizi marşrutu son illərdə intensiv hərəkətliliyin müşahidə olunduğu istiqamətlərdən biridir. Aralıq dənizini keçə bilən miqrantların “köhnə qitə”də ayaq basdıqları ilk yer isə İtaliyanın Şimali Afrikaya ən yaxın quru hissəsi olan Lampeduza adasıdır.
Qeyd edək ki, Aralıq dənizi ilə miqrant axınının kəskin artması səbəbindən İtaliyada altı aylıq fövqəladə vəziyyət elan olunub.
- Sabah çimərliklərdə hava necə olacaq?
- Musiqi üzrə qabiliyyət imtahanlarına start verildi
- Respondentlərin 93.6 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir - MEDİA
- Sərhədimizini pоzduqlarına görə 21 nəfər saxlanıldı
- Zamin Zəkinin cəzası azaldıldı
- BakıKart artıq ABB mobile-da!
- Sabiq məmurun cinayət işi məhkəməyə göndərildi - Foto
- Alyona Əliyeva sərgidən yeni fotolar paylaşdı