“Sosial müavinətlər haqqında” qanuna təklif edilən düzəlişlər Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində müzakirə olunaraq plenar iclasa təklif olundu.
BUTA.TV xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov deyib.
Bayramov bildirib ki, dəyişikliklərə əsasən, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq müavinətlər ödəniləcək:
“Bu müavinət himayədar valideynlərlə dövlət qurumu arasında uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqdan sonra ödəniləcək. Müavinətin məbləği dəyişikliklərin qəbulundan sonra müəyyənləşəcək.
Digər dəyişikliyə əsasən, həmin uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinətlər də ödəniləcək. Bu zaman da oxşar müqavilənin bağlanması əsas şərtdir. Bu müavinət müqavilə bağlanıldıqdan sonra ildə 4 dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) ödənilməklə, həmin müqavilənin qüvvədə olduğu müddətə təyin edilir”.
Deputat qeyd edib ki, dəyişikliklərin məqsədi uşaqları himayəyə götürən ailələrin sosial vəziyyətini daha da yaxşılaşdırmaq və kimsəsiz uşaqların ailələrdə böyüməsini stimullaşdırmaqdır.
- Ədalət Verdiyevdən o yazıya görə üzr istəyirəm!
- Türkləri hədəf alırlar, amma Türkiyə onlara görə Bakıya qarşı…
- Bakı Limanı ilə Quandun limanları arasında əməkdaşlıq müzakirəsi
- Nikol və Anna Zəngəzurda: Sisiyana helikopterlə uçdular - Video
- Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…
- MİQRASİYA XİDMƏTİ DƏ SAHİBKAR “OVU”NA ÇIXIB – Bu “tələyə” düşən sahibkarlar kütləvi şəkildə cərimələnir
- Onunla görüşməyi özümə yaraşdırmıram - Şeyx
- Mask Medvedyevin zarafatına belə reaksiya verdi