Mən vəzifəyə başlayanda 2015-ci ildə ilk zəng etməli olduğum şəxs təyyarə qəzasından sonra Rusiyanın xarici işlər naziri Lavrov idi. Çox ciddi böhran idi. Münasibətləri normallaşdırmaq 8 ay çəkdi.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Hürriyyət” qəzetinə müsahibəsində deyib.
“Ən çox pis olduğum hadisələrdən biri də Rusiya səfirinin öldürülməsi oldu. Səfir Karlovun ölüm xəbərini Moskvaya endiyim anda aldım. Zəng edib dedilər ki, Rusiya səfirinə hücum olub. Silahla vurulduğunu bilmirdim, elə zənn etdim ki, yumruq atılıb. Sonra silahla vurulduğunu öyrəndik. O qədər üzüldüm ki, xəcalət çəkdim. Ertəsi gün Lavrovla görüşə getdim. O da çox kədərli idi, amma onlar da bilirdilər ki, bunda dövlətimizin əli yoxdur”, - Çavuşoğlu bildirib.
- Bakının bu ərazilərində işıq olmayacaq
- Tarif Şurasından yeni qərar: Sabahdan qüvvəyə minir
- Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi+Video
- “Bakıya qarşı xüsusi prinsipiallığım yoxdur” - Dubl edən erməni futbolçu
- Bu televiziyanın müvəqqəti rəhbəri dəyişdi
- Ümidlə başlayıb kədərlə bitən gecə... - Fotolar
- Təcili yardımı boş yerə məşğul edənlərin sayı açıqlandı
- Bakıdakı məşhur universitet bağlanır?