Güllübulaq MMC-nin təsisçisi və faktiki rəhbəri olmuş Füzuli Adıgözəlova bəraət verilməsi ilə bağlı məhkəmə hökmündən protest verilib.
Bu barədə BUTA.TV-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi sosial media səhifələrində Güllübulaq MMC-nin təsisçisi və faktiki rəhbəri olmuş Füzuli Adıgözəlov barəsində Bakı Apellyasiya Məhkəməsi tərəfindən bəraət hökmünün çıxarılması barədə məlumat yayılıb.
Belə ki, Füzuli Adıgözəlovun Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri təqsirləndirilməsi barədə cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilərək məhkəməyə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Adıgözəlov təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Bakı Apellyasiya Məhkəməsi tərəfindən F.Adıgözəlov barəsində bəraət hökmü çıxarılaraq məhkəmə iclas zalında həbsdən azad edilib.
Aprelin 27-də bəraət hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.
- Dövlət xidməti bu MMC-ni cəzalandırdı
- İlham Əliyev hər il çalışır ki, o gözlər... - Rüstəmxanlı
- Belçikanın Bakıya qarşı qətnaməsi İrəvanın əleyhinədir
- İran ABŞ esminesinə uzaqlaşmaq əmri verdi – cavab...
- Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşdü - Video
- Dövlət xadimləri adından növbəti saxta açıqlamalar
- Bu nazirlikdə mühüm təyinatlar oldu
- Razılıq var, Zəngəzur bu cür açılır, ABŞ ordu göndərir