Türkiyə və Azərbaycan dövlət başçılarının “TEKNOFEST” 2023-ü ziyarət etdiyi bir gündə Samsuna işgüzar səfərimiz xüsusilə əlamətdardır.
BUTA.TV xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında paylaşım edib.
“Müasir Türkiyənin qurucusu Atatürkün 19 may 1919-cu ildə Bandırma Vapuru ilə məhz burada sahilə çıxaraq başlatdığı milli mübarizə hərəkatı 100 yaşını qeyd etdiyimiz Türkiyə Respublikasının qurulması ilə nəticələnib. Samsun Bandırma Gəmi Muzeyini ziyarət etməklə qardaş Türkiyənin şanlı keçmişinə bir daha yerində nəzər salmaq qürurverici idi. Səfərimiz çərçivəsində Türkiyənin ilk yerli elektromobili “Togg” ilə tanışlıq fürsətimiz oldu”, - paylaşımda qeyd olunub.
- Nazirlik növbəti dəfə hərrac keçirdi
- Hakan Fidan Ceyhun Bayramovla danışdı
- Qarabağdakı yanğınla bağlı polisə konkret tapşırıqlar verildi
- Fransa parlamentində Bakıya qarşı qətnamə ilə bağlı bəyanat
- DİN-də əməliyyat müşavirəsi: Vəzifələr tam icra olunmalıdır
- “Bakcell”in dəstəyi ilə YAŞAT yay məktəbi Londonda
- Azərsundan “Azərçay”ın şüarı ilə bağlı açıqlama
- Qusman işdən çıxarılması ilə bağlı suala belə reaksiya verdi