Sabah - avqustun 31-də azarkeşlər “Qarabağ” - “Olimpiya” oyununun keçirilən stadiona gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər.
BUTA.TV xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
“Bildiyiniz kimi, sabah UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə Azərbaycan çempionu "Qarabağ" Sloveniyanın “Olimpiya” klubu ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da qarşılaşacaq. Əvvəlcədən doğma komandamız “Qarabağ” klubuna uğurlar arzurlayırıq.
Məlum olduğu kimi, Tofiq Bəhramov adına Respublika stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki ərazidə metronun “Gənclik” stansiyasının olması avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızının oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər. Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə 1 saat əvvəldən gəlməyi tövsiyə edirik”, - DYP rəsmisi vurğulayıb.
Yeni ingilis səfir Prezidentin qəbulunda azərbaycanca danışdı - Fotolar
- Bakının bu ərazilərində mağazalar kütləvi şəkildə bağlanır
- Röyal Qədirliyə yüksək vəzifə verildi
- Vəkil Elşad Məmmədov həbs edildi - Yenilənib
- MİDA güzəştli ipoteka krediti - Expressbankda
- Viktor Yuşşenko İlham Əliyevə təşəkkür etdi - Fotolar
- Vüsal Nəsirli onu özünə müşavir təyin etdi
- Azərbaycanda bəzi qurumlara kiberhücum cəhdləri olub
- Bakının 30 yol sahəsində təmir işləri yekunlaşdırıldı