Sentyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.
- 6 aydır bu rayonun icra başçısı yoxdur
- Cərimə balları sıfırlandı - Səbəb texniki imiş
- “17 minə müqavilə bağlamışdım, nə özü, nə də əməkdaşları cavab verir” - Video
- Messi ağladı, mən ağladım...
- Bu ərazilərdə iki saat işıq olmayacaq
- ABŞ-da benzin qiymətləri kritik səviyyəni keçdi
- Prezident Almaniyadadır - Fotolar
- MN nümayəndə heyəti Yaşar Gülərlə görüşdü