Sentyabrın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini xanım Saşa Beykerin təşəbbüsü ilə telefon danışığı olub.
Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, tərəflər ölkələrimiz arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.
- Bakının bu ərazilərində işıq olmayacaq
- Tarif Şurasından yeni qərar: Sabahdan qüvvəyə minir
- Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi+Video
- “Bakıya qarşı xüsusi prinsipiallığım yoxdur” - Dubl edən erməni futbolçu
- Bu televiziyanın müvəqqəti rəhbəri dəyişdi
- Ümidlə başlayıb kədərlə bitən gecə... - Fotolar
- Təcili yardımı boş yerə məşğul edənlərin sayı açıqlandı
- Bakıdakı məşhur universitet bağlanır?