Nyu-York məhkəməsi müəyyən edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp böyük və gəlirli kreditlər əldə etmək üçün maliyyə hesabatlarında sərvətini şişirdərək saxtakarlıq etmiş ola bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Manhetten Dairə Məhkəməsinin hakimi Artur Enqorn Nyu-York ştatının baş prokuroru Letisia Ceymsin Trampın özünə, övladları Donald Tramp Jr., İvanka və Erik Trampa, həmçinin “Trump Organizatio”n biznes imperiyasının rəhbərliyinə qarşı qaldırdığı iş üzrə qərar qəbul edib.
Hakimin Amerika hüquq terminologiyasında summary judgement adlandırılan qərarı Nyu York baş Prokurorunun ilkin vəsatətini təmin edir və oktyabrın 2-də başlayacaq növbəti məhkəmə prosesində Trampın mühakimə olunmasına yaşıl işıq yandırır.
- Bakının bu ərazilərində işıq olmayacaq
- Tarif Şurasından yeni qərar: Sabahdan qüvvəyə minir
- Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi+Video
- “Bakıya qarşı xüsusi prinsipiallığım yoxdur” - Dubl edən erməni futbolçu
- Bu televiziyanın müvəqqəti rəhbəri dəyişdi
- Ümidlə başlayıb kədərlə bitən gecə... - Fotolar
- Təcili yardımı boş yerə məşğul edənlərin sayı açıqlandı
- Bakıdakı məşhur universitet bağlanır?