Sentyabrın 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə xeyriyyəçi-mesenat, şəxsi vəsaiti hesabına Təzəpir məscidini inşa etdirmiş Nabatxanım Aşurbəylinin nəvəsi, Azərbaycanda səfərdə olan tanınmış soydaşımız - iş adamı, ictimai xadim, texnika elmləri doktoru İqor Rauf oğlu Aşurbəyli ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən BUTA.TV-a bildiriblər ki, görüşdə Nabatxanım Aşurbəylinin tikdirdiyi Təzəpir məscidinin tarixi əhəmiyyətindən, Azərbaycan, Qafqaz müsəlmanlarının həyatında böyük rolundan ətraflı danışılıb. Öz səxavəti və xeyirxahlığına görə ad qazanmış, neft mədənlərinə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüş N. Aşurbəylinin xatirəsi ehtiramla anılıb, ruhu dualarla yad edilib.
Şeyxülislam A.Paşazadə Aşurbəylilər nəslinin tarixində böyük rolunu rəğbətlə vurğulayıb, bu nəslin tanınmış nümayəndələrinin dəyərli fəaliyyətlərindən danışıb. Bildirib ki, Azərbaycan xalqı və dövləti bu məşhur nəslin nümayəndələri, onların milli-mənəvi dəyərlərə töhfələri ilə fəxr edir.
İ.Aşurbəyli, öz növbəsində, şeyxülislam Allahşükür Paşazadəyə zaman ayırıb onunla görüşdüyünə görə təşəkkürlərini bildirib. İ.Aşurbəyli Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən hər bir azərbaycanlı kimi fəxarət duyduğunu bildirib. Daha sonra mənsub olduğu Aşurbəylilər nəslinin tarixçəsindən danışan İ.Aşurbəyli bildirib ki, nəsil şəcərəsinə aid şəxslərin Azərbaycan xalqına xidmət edən əməlləri ilə qürur duyur. Bu əsnada, İ. Aşurbəyli şeyxülislam A.Paşazadəyə Aşurbəylilərin embleminin təsvir olunduğu xatirə medalını təqdim edib. O, QMİ sədrini yaxın günlərdə Aşurbəyli şəcərəsinin 280 illiyi münasibətilə keçirəcəkləri tədbirə dəvət edib.
- Argentina futbolunda 300 milyonluq qalmaqal - FTB hərəkətə keçdi
- Bakının bu ərazilərində işıq olmayacaq
- Tarif Şurasından yeni qərar: Sabahdan qüvvəyə minir
- Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi+Video
- “Bakıya qarşı xüsusi prinsipiallığım yoxdur” - Dubl edən erməni futbolçu
- Bu televiziyanın müvəqqəti rəhbəri dəyişdi
- Ümidlə başlayıb kədərlə bitən gecə... - Fotolar
- Təcili yardımı boş yerə məşğul edənlərin sayı açıqlandı