Petrosyan Paşinyana qarşı çıxmamaq qərarını alqışladı

00:10 - 29 Sentyabr 2023 - GÜNDƏM

 Petrosyan Paşinyana qarşı çıxmamaq qərarını alqışladı

Millətimizin başına gələn faciəyə görə Ermənistan hakimiyyətindən haqq-hesab tələb etmək hüququ qüvvədə qalsa da, son günlər müxalifətin ölkəmizin daxili siyasi vəziyyətini gərginləşdirməmək qərarını yüksək qiymətləndirirəm.

BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Qarabağdakı separatçı-terrorçu rejimin özünü buraxması haqda qeyd edib.

“Heç bir şey həm hakimiyyəti, həm də müxalifəti Qarabağ ermənilərinin Ermənistanda ləyaqətli həyatla təmin edilməsi milli məsələsindən yayındırmamalıdır”, - o bildirib.

Qeyd edək ki, 28 sentyabrda Qarabağdakı qondarma rejimin separatçı rəhbəri Samvel Şahramanyan terrorçu xuntanın buraxılması ilə bağlı “fərman” imzalayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol