NATO ölkələri taktiki nüvə silahının mümkün istifadəsinə hazırlaşmalıdır. ABŞ-ın Çinə diqqətinin yönəldiyi vaxtda nüvə müharibəsi baş verə bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri Pentaqonun keçmiş yüksək rütbəli məmuru Qreqori Uiver deyib.
“Ukraynaya müdaxilənin edildiyi ilk günlərdə rus ordusunun zəif irəliləyişləri NATO-da bəzilərini inandırmışdı ki, alyansın üstünlüyü və adi silahlanma sayəsində rus təcavüzünün qarşısını almaq mümkün olacaq. Bu, yanlış təsəvvür idi.
NATO rəhbərliyi başa düşməlidir ki, rus qüvvələrinin Ukraynadakı fəaliyyəti Rusiyanın nüvə silahından asılılığını artıra bilər. NATO ilə gələcək hipotetik müharibədə Rusiya çox güman ki, ya qələbəyə nail olmaq, ya da məğlubiyyətin qarşısını almaq üçün münaqişənin əvvəlində nüvə silahından istifadə etmək ehtiyacını hiss edəcək", - deyə ekspert bildirib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu