Məsuliyyəti İsveç hakimiyyəti daşıyır! – Ankaradan mesaj...

15:52 - 30 Sentyabr 2023 - GÜNDƏM

 Məsuliyyəti İsveç hakimiyyəti daşıyır! – Ankaradan mesaj...

Türkiyənin İsveçdəki səfirliyinin qarşısında Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan hücumları qətiyyətlə pisləyirik.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

“Bu hücumlara görə məsuliyyəti İsveç hakimiyyəti daşıyır. Nifrət və terror təbliğatının demokratik dəyərləri təhdid etməsinə yol verilə bilməz. İsveç hakimiyyəti terror təbliğatını dayandırmalıdır.

Prezidentimizi hədəf alan hücumlar Türkiyə Cümhuriyyətinin dəyərlərinə qarşı edilib. Bu çirkin hücumları pisləyirik.

Cənab Ərdoğana və Türkiyə Cümhuriyyətinin dəyərlərini hədəf alan bütün hücumlara qarşı qətiyyətlə mübarizəmizi davam etdirəcəyik. Bu hücumları edənlər də, onları qoruyanlar da eyni çirkinliyin bir parçasıdır”, - Ö.Çelik bildirib.

Qeyd edək ki, dünən İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyinin yaxınlığında Ərdoğanın maketi yandırılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol