Simonyanın evinin qarşısına yenə PUA düşdü

19:12 - 1 Oktyabr 2023 - GÜNDƏM

 Simonyanın evinin qarşısına yenə PUA düşdü

“Rossiya Seqodnya” media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan Soçidə evinin yaxınlığına zərbə PUA-sı düşdüyünü bildirib.

BUTA.TV xəbər verir ki, Simonyan bu barədə Teleqram kanalında yazıb.

“Bu gün gecə zərbə PUA-sı Adlerdə (Soçidə mikrorayon – red.) özümün və anamın boya-başa çatdığı və hələ də körpə uşaqlarla birgə doğmalarımın yaşadığı evimizin düz qarşısına düşdü”, - deyə Simonyan bildirib.

Onun sözlərinə görə, bu kimi hadisələr nüvə ultimatumunu daha da aktual edir.

Qeyd edək ki, bundan öncə də Simonyan evinin qarşısına PUA düşdüyünü bildirmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol