Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında dövlət qurumlarının etibarlı idarə olunması və məlumat mübadiləsinin təşkili məqsədilə operativ olaraq TETRA radiorabitə şəbəkəsi qurularaq istifadəyə verilib.
Bu barədə BUTA.TV-a Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda həmin bölgədə "AzStateNet" şəbəkəsinin qurulması istiqamətində hazırlıq işləri davam etdirilir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını rəhbər tutaraq, dövlət orqanlarını fasiləsiz və təhlükəsiz xüsusi təyinatlı rabitə ilə təmin olunmasını davam etdirir.
Xatırladaq ki, XRİTDX tərəfindən cari ilin ötən dövrü ərzində Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarının ərazilərində fəaliyyət göstərən 15 dövlət qurumu “AzStateNet” şəbəkəsi üzərindən data və internet kanalları ilə təmin olunmuşdur.
- “Sədərək” və “Binə” bağlana bilər... - Açıqlama
- Saleh Məmmədov Almaniyada 24 ha torpaq alıb? - Foto
- Əks istiqamətdə hərəkət etdilər, qəza şəraiti yaratdılar - Video
- Ağdamın daha bir kəndində yanğın başladı
- Neftimizin qiyməti yenidən 100 dolları ötdü
- Hüquqşünas alimə cinayət işi açıldı
- GL Group və Baker Hughes şirkətləri saziş imzalayıb
- GL Group ABŞ-da bunu əldə edən ilk Azərbaycan şirkəti oldu