Azərbaycan Ukraynaya elektrik paylayıcı şəbəkələrin bərpası üçün avadanlıq göndərməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri German Qaluşenko ilə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdalıyevin görüşündə məlum olub.
Səfir xatırladıb ki, Prezident İlham Əliyev iyulun ortalarında Azərbaycanın Energetika Nazirliyinə 7,6 milyon dollar vəsait ayrılmasına dair sərəncam imzalayıb. Vəsaitin Ukraynaya humanitar yardım üçün sərf olunması nəzərdə tutulub. Bununla əlaqədar olaraq, yaxın zamanda Ukraynaya elektrik paylayıcı şəbəkələrin bərpası üçün avadanlıqların göndərilməsi planlaşdırılır.
German Qaluşenko Azərbaycana Ukraynanın enerji sektoruna göstərdiyi və xüsusən ötən qış Ukraynanın enerji sistemini dəstəkləməyə kömək etmiş yardıma görə minnətdarlıq edib.
"Azərbaycanla enerji sektorunda əməkdaşlığımızı yüksək qiymətləndiririk və bu əməkdaşlığın güclənəcəyinə çox ümid edirik", - deyə ukraynalı nazir deyib.
- Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır - Əli Əhmədov
- Hüseynzadə ABŞ-ın NATO-dakı nümayəndəsi ilə görüşdü
- Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər nə vaxt bitir?
- Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi
- Rusiya ilə gərginliyin səbəbkarı... – Şəfiyev
- Sülh sazişinin paraflanması... - Prezident
- Bakıda mühüm forum keçirilir
- Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...